“Fitch”: “Azsığorta” bazarda uyğun mövqe tuta bilməyib

  • 20 May, 2020 11:41
“Fitch”: “Azsığorta” bazarda uyğun mövqe tuta bilməyib

“Fitch” beynəlxalq reytinq agentliyi “Azsığorta” ASC-nin Sığortaçının Maliyyə Gücü (Insurer Financial Strength IFS) reytinqini “B” səviyyəsində təsdiqləyib.

"Finans.az" xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir.

Məlumata görə, reytinq üzrə proqnoz "Sabit"dir.

"Fitch" bəyan edib ki, bu reytinq bir sıra iqtisadi təsirləri, o cümlədən koronovirus (COVID-19) pandemiyasının mənfi təsirlərini, “Azsığorta”nın "Adequate" kateqoriyasında “Prism Factor-Based Model (FBM)” balı ilə ölçülən “Fitch-in pro-forma” analizinə əsasən möhkəm kapital mövqeyini özündə əks etdirir.

Bundan başqa, agentlik hesab edir ki, “Azsığorta” rəqiblərinin güclü təzyiqi ilə bazarda uyğun mövqe tuta bilməyib.

"2019-cu ildə "Azsığorta"nın avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasından daxilolmaları 2018-ci ildə nisbətən 13% azalıb, şirkətin bazar payı 3%-dən 2%-ə düşüb. Sığortaçı sözügüdən sığorta növü üzrə əsas kanallarını itirib", - deyə açıqlamada qeyd olunub.