"Fitch" Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu yenilədi

  • 30 aprel, 2021 10:00

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu yeniləyib.

"Finans.azn verdiyi məlumata görə, hazırda agentlik Azərbaycanda 2021-ci ildə real ÜDM-in artım tempinin 2,5% səviyyəsində olacağını gözləyir. "Fitch"in ötən ilin noyabr ayının proqnozu isə 2,7%-ə bərabər idi.

Qeyd edək ki, ötən il Azərbaycanda COVID-19 pandemiyası fonunda ÜDM istehsalı 4,3% azalaraq 72 432,2 mln. manat təşkil edib.


Mənbə: apa.az