“Finoko” BOKT manatda və dollarda istiqraz buraxa bilər

  • 30 Sentyabr, 2019 17:21
“Finoko” BOKT manatda və dollarda istiqraz buraxa bilər

“Finoko” ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək.

“Finans.az” xəbər verir ki, yığıncaq oktyabrın 28-də BOKT-nin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 609 ünvanında olacaq. Yığıncağın gündəliyinə “Finoko”nun Azərbaycan manatı və ABŞ dollarında istiqazlarının, eləcə də yeni səhmlərinin emissiya edilməsi məsələləri daxildir.

Xatırladaq ki, “Finoko” 2014-cü ildən fəaliyyət göstərir. Hazırda onun nizamnamə kapitalı 4,855 milyon manatdır. BOKT-nin səhmdarları hər biri 50%-lik payla Elçin Əliyev (Müşahidə Şurasının sədri) və Elmar Əliyevdir (Müşahidə Şurasının üzvü).