“Finoko” BOKT 9% gəlirliliyə malik istiqraz buraxıb

  • 8 Oktyabr, 2019 17:03
“Finoko” BOKT 9% gəlirliliyə malik istiqraz buraxıb

“Finoko” ASC bank olmayan kredit təşkilatı (BOKT) 1 milyon ABŞ dolları dəyərində istiqraz buraxıb.

“Finans.az” xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 1 000 dollar olan 1 000 ədəd istiqrazdan gedir.

Artıq qiymətli kağızların qapalı üsulla yerləşdirməsinə başlanılıb. Onların illik gəlirliliyi 9% təşkil edir. Faizlər müddətin sonunda ödəniləcək. Prosesin anderrayteri “Azfinance İnvestisiya Şirkəti” QSC-dir.


Mənbə: report.az