Fevral ayı üzrə manatın orta məzənnəsi açıqlandı

  • 16 Mart, 2019 11:55
Fevral ayı üzrə manatın orta məzənnəsi açıqlandı

Bu ilin fevral ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata bərabər olub.

“Finans.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Azərbaycan manatının 1 avroya nisbətən məzənnəsi 1,93 manata (1,94), 100 rus rubluna – 2,58 manata (2,56) bərabər olub.