FED: Qlobal iqtisadiyyat daha bir neçə çətin ay yaşayacaq

  • 2 Dekabr, 2020 12:39
FED: Qlobal iqtisadiyyat daha bir neçə çətin ay yaşayacaq

ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Ceremi Pauvel dünya iqtisadiyyatı üçün daha bir neçə çətin ay vəd edib.

"Finans.az"ın verdiyi məlumata görə, Pauvel çətinlikləri COVID-19 pandemiyasının yaratdığı problemlərlə əlaqələndirir.

Onun sözlərinə görə, qlobal iqtisadiyyatda mövcud vəziyyət yaxın gələcəkdə gərgin olaraq qalacaq və dünyanın ən böyük əczaçılıq şirkətləri tərəfindən koronavirusa qarşı bir neçə peyvəndin hazırlanması və qısa zamanda dövriyyəyə buraxılması ilə bağlı vədlər də buna təsir etməyəcək.


Mənbə: apa.az