FED-dən gələcək xəbərlər öncəsi dollar stabil olaraq bahalaşır

  • 23 Avqust, 2019 14:43
FED-dən gələcək xəbərlər öncəsi dollar stabil olaraq bahalaşır

FED rəhbəri Cerom Pauelin bugünkü çıxışı öncəsi ABŞ dollarının məzənnəsi əsas dünya valyutaları qarşısında müsbət dinamikasını saxlayır.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 14:48-ə olan məlumata görə avronun dollara qarşı məzənnəsi bir avro üçün 1,1057 dollara kimi enib. Dolların yuan qarşısında məzənnəsi 1 dollar üçün 106,63 yuana kimi artıb.

Qeyd edək ki, cümə günü FED rəhbərinin Cekson-Xoulda keçən illik iqtisadi konfransda çıxışı gözlənilir.

Xatırladaq ki, monetar siyasətin yumşaldırlaması ənənəvi olaraq milli valyutanın məzənnəsinə təziq göstərir.