FCA 1 milyondan çox avtomobilini - geri çağırır

  • 7 Avqust, 2020 12:19
FCA 1 milyondan çox avtomobilini - geri çağırır

“Fiat Chrysler Automobiles” (FCA) konserni ABŞ ərazisində 1 milyondan çox avtomobilini geri çağırır.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, tədbir 2013-cü il istehsalı olan “Chrysler” markalı avtomobillərə aiddir və 2,4 litrlik “Tigershark” benzin mühərrikləri ilə təchiz edilən avtomobillərdə atmosferə çox böyük miqdarda zərərli maddələrin atıldığının aşkarlanması ilə əlaqədardır.

Qeyd edilir ki, avtomobillərə pulsuz olaraq bütün normalara uyğun olan güc aqreqatları quraşdırılacaq. Servisə gəlməkdən yayınan avtomobil sahiblərini isə ətraf mühiti çirkləndirdiklərinə görə ciddi məbləğdə cərimə gözləyəcək.