FAO Azərbaycanda fındıqçılığın inkişafına dəstək verəcək

  • 22 İyul, 2019 10:23
FAO Azərbaycanda fındıqçılığın inkişafına dəstək verəcək

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda fındıqçılıqla bağlı layihə həyata keçirə bilər.

“Finans.az” xəbər verir ki, bunu FAO-nun Azərbaycandakı nümayəndəliyinin mütəxəssisi Kaan Evren Başaran deyib.

Onun sözlərinə görə, layihənin icrasına bu ilin sentyabr ayında başlanılması gözlənilir.

“Layihənin dəyəri 1,3 milyon ABŞ dollarıdır. Bu vəsaiti FAO-nun Azərbaycan hökuməti ilə birgə yaratdığı Tərəfdaşlıq Fondu ayıracaq. FAO fermerlərə fındıqçılıqda pestisidlərə alternativ olaraq təbii yolla mübarizə üsullarından istifadə etməyi təklif edir”, - deyə o, qeyd edib.


Mənbə: report.az