"Facebook" yeni startap satın alır

  • 12 Fevral, 2019 16:07

Sosial media nəhəngi "Facebook"un blokçeyn startapını satın aldığı iddia edilir.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ mərkəzli "Facebook" İngiltərə mərkəzli blokçeyn startapı olan "Chainspace"i satın alır.

Qeyd edək ki, "Facebook" bir müddətdir blokçeyn sahəsində araşdırmalar aparır və bu araşdırmalara "Paypal"ın keçmiş rəhbəri David Marcus sədrlik edir.

Həmçinin ötən il "Facebook" "Whatsapp" vasitəsilə yeni kriptovalyutalarını buraxacaqlarını bildirmişdi.