"Facebook" "WhatsApp" istifadəçilərinin şəxsi yazışmalarını görə bilməyəcək

  • 12 Yanvar, 2021 13:17

"WhatsApp" messencerinin yeni siyasəti "Facebook"a istifadəçilərin şəxsi yazışmalarını əldə etmək imkanı vermir.

“Finans.az”ın məlumatına görə, bu barədə "WhatsApp"ın yayımladığı bəyanatda deyilir.

Qeyd olunur ki, "Facebook" həm də istifadəçilərin əlaqə siyahısını da görməyəcək:

"WhatsApp", eləcə də "Facebook" sizin şəxsi yazışmalarınızı görmür və zənglərinizi dinləmir. "WhatsApp" yazışmaların və zənglərin qeydiyyatını aparmır və əlaqələrin siyahısını "Facebook"la paylaşmır".

Açıqlamada bildirilib ki, messencerdə qrup yazışmaları da gizlin qalır.


Mənbə: az.trend.az