"Facebook" səhmlərinin dəyəri 3 aylıq minimuma düşdü

  • 16 Mart, 2019 11:37

2 top menecerin vəzifəsini tərk etməsinin ardından "Facebook"un səhmləri 5% ucuzlaşıb.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, cümə günü “Facebook”un səhmlərinin dəyəri 3 aylıq minimuma düşərək 162,51 dollara satılıb.

Şirkətin sahib olduğu sosial şəbəkələrin fəaliyyətində problemlərin yarandığı ərəfədə Baş məhsul direktoru Kris Koksun istefa verməsi ucuzlaşmanın əsas səbəblərindən olub. Qeyd edək ki, Kris Koks 13 "Facebook"da çalışıb.

Chart for

Bundan başqa “WhatsApp” messencerinin fəaliyyətinə cavabdeh olan Kris Deniyel də vəzifədən getdiyini açıqlamışdı.