"Facebook"un iki top meneceri istefa verdi

  • 15 Mart, 2019 08:52

ABŞ-ın “Facebook” şirkətinin əsas top-menecerlərindən biri Kris Koks öz vəzifəsindən istefa verir.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Koks öz “Facebook” səhfəsində yazıb.

Bundan başqa “WhatsApp” messencerinin fəaliyyətinə cavabdeh olan Kris Deniyeldə istefa verib.

Xatırladaq ki, mart ayının 13-dən 14-nə keçən gecə “Facebook”un sahib olduğu messencerin fəaliyyətində ciddi problem yaranıb. Bəzi istifadəçilər üçün “Facebook” və “İnstagram” sosial şəbəkələrindən həmçinin “Whatsapp”dan istifadə bir neçə saat ərzində mümkünsüz olub.