“Facebook” təhlükəsizlik problemlərindən fikirləri yayındırmaq üçün buna əl atıb

  • 15 Noyabr, 2018 12:07
“Facebook” təhlükəsizlik problemlərindən fikirləri yayındırmaq üçün buna əl atıb

“Facebook” 2017-ci idə öz rəqiblərini diskriditasiya etmək və onların milyarder Corc Soros ilə əlaqədə olmalarını üzə çıxarmaq üçün Respublikaçılar partiyası ilə bağlı olan PR agentliyinin xidmətlərindən istifadə edib.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu yolla “Facebook” rəhbərliyi təhlükəsizlik ilə bağlı problemlərdən fikirləri yayındırmağa çalışıb.

Qeyd olunur ki, PR agentlik sosial şəbəkənin sifarişi ilə Sorosun “Facebookdan azad olma” (Freedom from Faceebook) və “Dəyişikliklərin rəngi” (Color of Change) kimi təşkilatları maliyələşdirməsinə işarə edən sənədləri dərc edib.

Bu ilin yazında məlum oldu ki, analitik şirkət “Cambridge Analytica” özünün “Facebook”dakı tətbiqi vasitəsilə istifadəçilərin məlumatlarını yığaraq, onları siyasi reklamın yerləşdirilməsi o cümlədən ABŞ-dakı prezident seçkiləri və Brexit üzrə səsvermə zamanı istifadə edib.

“Cambridge Analytica” günahsız olmasını desə də, sonda bütün müştərilərini itirib müflis olmasını elan etdi. Oktyabrda isə “Facebook” Böyük Britaniyada 500 min funt sterlinq və 644 min ABŞ dolları həcmində cərimələndi.