"Facebook" gələn ilin ortalarına kimi bu cür tədbirləri ləğv etdi

  • 17 Aprel, 2020 15:20

Eyniadlı sosial şəbəkənin sahibi ABŞ-ın "Facebook" şirkəti koronavirusun yayılama situasiyası fonunda 2021-ci ilin iyun ayına kimi 50 və daha çox adamın iştirak etdiyi bütün iri tədbirləri ləğv edir.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin başçısı Mark Zukerberq deyib.

Onun sözlərinə görə, eyni qaydada ən azı bu ilin iyun ayının sonuna kimi işgüzar səfərlərdən də imtina olunub.