“Exxon” neft qiymətlərinə dair proqnozunu dəyişdirdi

  • 26 Noyabr, 2020 17:07
“Exxon” neft qiymətlərinə dair proqnozunu dəyişdirdi

“Exxon Mobil” qarşıdakı on ildə neft qiymətlərinə dair proqnozunu bütövlükdə azaldıb.

“Finans.az” xəbər verir ki, daxili maliyyə planlaşdırma işləri çərçivəsində qarşıdakı 7 ilin hər birinə dair proqnozlar 11-17 faiz həddində azaldılıb.

Xatırladaq ki, bu ilin iyun ayında “BP Plc” 2021-2050-ci illər üçün neft və qaz qiymətlərini azaldaraq “Brent” markalı neftin həmin müddət ərzində 55 ABŞ dollarına satılacağını bildirib. İyul ayında “Eni” 2023-cü ildə “Brent” markalı neftə dair proqnozunu 70 dollarından 60 ABŞ dollarınadək azaldıb.


Mənbə: report.az