“Expressbank”ın səhmdarları toplanır

  • 16 May, 2019 09:23
“Expressbank”ın səhmdarları toplanır

“Expressbank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağrılır.

“Finans.az” rəsmi mətbuata istinadən xəbər verir ki, tədbir 15 iyun 2019-cu il tarixdə saat 11.00-da Bakı ş., Nərimanov r., Y.V.Çəmənzəmənli küç., 134C ünvanda keçiriləcək.

Toplantının gündəliyinə bankın kənar audit hesabatının təsdiq edilməsi, cari məsələlər və sair daxildir.