“European Tobacco-Baku” səhmdarlarına dividend ödəyəcək

  • 25 Aprel, 2019 09:27
“European Tobacco-Baku” səhmdarlarına dividend ödəyəcək

"European Tobacco-Baku" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"Finans.az" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 125 ünvanında yerləşən "Qafqaz Business Center"də 22 iyun 2019-cu il tarixində saat 10:00-da baş tutacaq.

Yığıncağın gündəliyinə cəmiyyətin idarəetmə orqanlarının 2018-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə dair illik hesabatının təsdiqi və cəmiyyətin 2018-ci il üzrə xalis mənfəətinin səhmdarları arasında bölüşdürülməsi və dividendlərin ödənilməsi qaydasının təsdiqi daxildir.