“EuroHome”dakı yanğının söndürülməsinə dəmir yolunun 2 yanğınsöndürmə qatarı da cəlb olunub

  • 10 Dekabr, 2019 11:04
“EuroHome”dakı yanğının söndürülməsinə dəmir yolunun 2 yanğınsöndürmə qatarı da cəlb olunub

“Ekologiya postu” kimi tanınan ərazidə “EuroHome” tikinti materialları bazarında yanğın davam edir. Yanğının söndürülməsi üçün əraziyə FHN-in helikopterləri cəlb edilib.

Yanğının söndürülməsinə kömək məqsədi ilə dəmir yolunun iki yanğınsöndürmə qatarı da hadisə yerinə yollanıb.

"Finans.az" “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir ki, qatarlardan biri hazırda Biləcəri-Xırdalan mənzilindədir. İkinci yanğınsöndürmə qatarı H.Z.Tağıyev-çeşidləmə stansiyasından gətirilir.

Yanğının söndürülməsində su çatışmazlığı yaranacağı təqdirdə yanğınsöndürmə qatarındakı dolu çən vaqonlarındakı sudan istifadə olunacaq.