Etilen-polietilen zavodunda istehsal artacaq

  • 13 Fevral, 2020 13:29
Etilen-polietilen zavodunda istehsal artacaq

Modernizasiya işlərindən sonra Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda illik məhsuldarlıq hazırki göstəricidən 2-2,5 dəfə çox olacaq.

"Finans.az" xəbər verir ki, bunu Etilen-polietilen zavodunun baş mühəndisin modernizasıya üzrə müavini Qadir Əliyev jurnalistlərə bildirib.

Onun sözlərinə görə, əgər zavodun propilen üzrə illik məhsuldarlığı 90-100 min ton təşkil edirsə, modernizasiyadan sonra bu göstərici 187 min ton olacaq. "Modernizasiyadan sonra zavodda etilen istehsalı üzrə də kəskin artım planlaşdırılır. Belə ki, zavodun etilen üzrə illik məhsuldarlığı 192 min ton təşkil edəcək", - Q. Əliyev qeyd edib.

O xatırladıb ki, Etilen-polietilen zavodunun etilen üzrə illik məhsuldarlığı 100-120 min ton civarındadır.

Xatırladaq ki, Etilen-polietilen" zavodunun modernizasiya layihənin icra qrafikinə uyğun olaraq, aktiv inşaat işləri 2017-ci ildə başlanıb. Tikinti və montaj işlərinə əsasən Sumqayıt şəhərindən və ətraf regionlardan orta hesabla 2000 nəfərdən çox mütəxəssis işə cəlb olunub ki, onların da 94%-ni yerli mütəxəssislər təşkil edir. Zavodun modernizasiyası 2020-ci ilin üçüncü rübündə bitəcək.


Mənbə: report.az