"Ethereum" yenidən ikinci oldu

  • 11 Fevral, 2019 08:30

"Bitcoin"nin məzənnəsi son 24 saat ərzində 0,42% ucuzlaşaraq 3 654 ABŞ dolları olub. Nəticədə kriptovalyutanın bazar dəyəri 64,068 mlrd. dollar təşkil edib.

"Finans.az" xəbər verir ki, ilk yüzlükdə qərar tutan kriptovalyutaların 59%-i dəyərdən düşüb. Rəqəmsal valyuta bazarının toplam həcmi 121,259 mlrd. dollar təşkil edib.

"Ethereum" son sutkada 1,37% dəyər qazanmaqla 120 dolların üzərində mübadilə edilir. Altkoin düz bir aylıq aradan sonra yenidən ikinci pillədə qərarlaşdı. Bu kriptopulun kapitallaşması 12,681 milyard dollara çatıb.

“Ripple”ın məzənnəsi 1,29% azalaraq 0,305 dollar olub. Altkoinin bazar dəyəri 12,560 milyard dollar həddindədir.

"СoinМarketСap"in Bakı vaxtı ilə saat 08.27-ə olan məlumatları aşağıdakı kimidir.


Ethereum