Estoniya Rusiya çarı I Nikolayın qalasını 5 milyon avroya satdı

  • 13 Dekabr, 2019 17:15
Estoniya Rusiya çarı I Nikolayın qalasını 5 milyon avroya satdı

Estoniyanın dövlət əmlakını idarə edən “Riigi Kinnisvara” şirkəti paytaxt Tallin sahilində yerləşən Rusiya imperatoru I Nikolayın qalasının satılması ilə bağlı razılıq əldə edib.

"Finans.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.

XIX əsrin ortalarında I Nikolayın əmri ilə inşa olunan tarixi abidənin alıcısı Estoniyanın ən varlı iş adamlarından birinin şirkətidir. İlkin razılığa əsasən, satış müqaviləsinin 2020-ci ilin yanvarında imzalaması planlaşdırılır. Qalanın otellər, restoranlar və yaşayış yerləri olan kompleks-mərkəzə çevriləcəyi deyilir.

Xatırladaq ki, sözügedən qala 1840-cı ildə Tallin körfəzi sahillərində tikilib. Bir müddət artilleriya batareyası kimi istifadə olunub, kazarma və həbsxana kimi fəaliyyət göstərib. Son dövrlər isə qalada sərgilər keçirilib, qraffiti sənətçilərinin ixtiyarında olub.

Coşqun Əli