Eskpert: “Bu çətin dövrdə BNA-nın, polisin və həkimin işini çətinləşdirən addımlar atmaq olmaz”

  • 27 Mart, 2020 14:26
Eskpert: “Bu çətin dövrdə BNA-nın, polisin və həkimin işini çətinləşdirən addımlar atmaq olmaz”

Koronavirusun yayılmasına qarşı ictimai nəqliyyat sahəsində Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən aktiv tədbirlər həyata keçirilir.

Bu tədbirlərin faydalı olması üçün isə vətəndaşların da üzərinə mühüm yük düşür.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, belə çətin dövrdə BNA-nın, polisin və həkimin işini çətinləşdirəcək addımlar atmaq olmaz:

“Koronavirus təhlükəsi yaranandan BNA bütün verilən göstərişlərə dərhal reaksiya verib. Məsələn, metro xətlərindən istifadənin minimuma endirilməsi ilə bağlı göstəriş veriləndən bir saat sonra BNA artıq iki ekspress marşrut xəttinin hazır olması ilə bağlı açıqlama verdi. Yəni, Agentlik əməkdaşları bu qədər çevik işləyir və 24 saat iş rejimində çalışırlar. Avtobusların əksəriyyətinə dezinfeksiya qutuları quraşdırılıb ki, vətəndaşlar əllərini dezinfeksiya etsinlər. Amma təəssüflər olsun ki, bəzi insanlar gah həmin qutuları sındırır, gah da içindəki məhlulu yerə tökürlər. Bunu ancaq xəstə təfəkkürlü adamlar edə bilər. Bəzi insanlar sanki qəsdən cəmiyyətə ziyan vurmağa çalışırlar.
BNA avtobuslarda daşıma qaydaları ilə də bağlı müəyyən işlər görüb. Çalışmaq lazımdır ki, avtobuslar çox sərnişin götürməsin. Sürücülər sərnişinlərdən növbəti dayacanaqda düşən olub-olmayacağını soruşa bilərlər. Əgər düşən yoxdursa hər dayanacaqda avtobusu saxlamamalıdırlar. Düşünürəm ki, bu çətin dövrdə BNA-nın, polisin və həkimin işini çətinləşdirəcək addımlar atmaq olmaz. Belə addımlar insanlığı ziddir və bu kimi hərəkətlərə yol verənlər cəzalandırılara məsələ ictimailəşdirilməlidir ki, başqaları da bu davranışlardan çəkinsinlər”.


Mənbə: avtosfer.az