Əsas səhmdarlardan biri “Tesla”dakı payını 2 dəfəyə yaxın azaltdı

  • 12 Fevral, 2019 09:03
Əsas səhmdarlardan biri “Tesla”dakı payını 2 dəfəyə yaxın azaltdı

ABŞ-ın elektrik avtomobil istehsalçısı “Tesla”nın əsas səhmdarlarından biri “T. Rowe Price” şirkətdəki payını ötən ilin dördüncü rübündə təxminən iki dəfə azaldıb.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, holdinq payını 10,2%-dən 5,2%-ə və ya 17,42 milyon səhmdən 8,98 milyona kimi azaldıb.

Qeyd edək ki, ötən ilin üçüncü rübünün nəticələrinə görə “T. Rowe Price” şirkəti İlon Maskdan sonra “Tesla”nın ikinci ən iri səhmdarı olub.