"Equinor” birinci yarımildə 1 milyard dollara yaxın - zərər edib

  • 24 İyul, 2020 11:15

Norveçin neft-qaz qrupu “Equinor” cari ilin ilk yarısını 956 milyon ABŞ dolları həcmində zərərlə başa vurub.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, şirkət ötən ilin analoji dövrünü 3,188 milyard dollar mənfəətlə bitirib.

Qeyd edilir ki, 2020-ci ilin yanvar-iyun ayları ərzində şirkətin gəlirləri 22,733 milyard dollar olub. Bu, 2019-cu ilin eyni dövrünün nəticəsindən 32% azdır. İkinci rübdə gəlirlər ötən ilə nisbətən 56% azalıb.

Xatırladaq ki, Norveçin “Statoil” neft-qaz qrupu 16 may 2018-ci ildə adını “Equinor” olaraq dəyişdirib.