"Eni” Misirdə yeni qaz yatağı aşkarladı

  • 14 Mart, 2019 17:50

İtaliyanın “Eni” enerji konserni Aralıq dənizində Misir sahillərinin 15 kilometrliyində qaz yatağı aşkar edib.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, yataq Sinay yarımadası royonunda dənizdə yerləşir. Hələlik şirkət yeni yatağın ehtiyyatlarını tam qiymətləndirə bilmir, lakin proses gedir.

Qeyd edək ki, bir neçə il əvvəl “Eni”nin Misirin ərazi sularında aşkar etdiyi “Zohr” yatağı Aralıq dənizində ən iri yataqlardan biridir. Onun ehtiyyatları təxminən 30 trilyon kub/fut həcmindədir. Hazırki istehlak səviyyəsində bu qaz Misirə ən azı 10 il müddətinə yetərlidir.

“Eni” 1953-cü ildə yaradılıb və 83 ölkədə fəaliyyət göstərir.