“Eni” İtaliyanın 1/4-i qədər ərazidə meşələr salacaq

  • 15 Mart, 2019 17:24
“Eni” İtaliyanın 1/4-i qədər ərazidə meşələr salacaq

İtaliyanın “Eni” enerji konserni İtaliyanın 1/4-i qədər ərazidə meşələr salacaq.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin baş icraçı direktoru Klaudio Deskalsi strategiyalarına əsasən Afrikada (Zimbabve, Mozambik və Qana) 81 min kv. km. ərazidə meşələrin salınacağanı bəyan edib.

Qeyd olunur ki, 2025-ci ilə şirkət metanın yandırılmasınadan yaranan tullantıları 80% azaltmağı hədəfləyir. Lakin “Eni”nin tullantıların azaldılması üzrə yeni hədəfinə neft və qazın tullantıları daxil deyil. Söhbət yalnız səmt qazı və metanın yandırılmasından yaranan tullantılardan gedir.

“Eni” 1953-cü ildə yaradılıb və 83 ölkədə fəaliyyət göstərir.