Energetika naziri: "TANAP ilə 9,4 mlrd kubmetr Azərbaycan qazı nəql edilib”

  • 11 Fevral, 2021 17:46
Energetika naziri:

"Bu günə qədər Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 9,4 milyard kubmert Azərbaycan təbii qazı nəql edilib".

“Finans.az”ın verdiyi məlumata görə, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.

Onun sözlərinə görə, üçüncü üzən mayeləşdirilmiş təbii qaz (LNG) saxlama və qazlaşdırma bölməsi (FSRU) bu il istismara veriləcək və təbii qaz infrastrukturunda rahatlıq təmin edəcək.

Nazir qeyd edib ki, bu il İstanbul Enerji Birjası daxilində açılacaq təbii qaz fyuçers bazarı ticarət fəaliyyətinə əhəmiyyətli dərəcədə töhfə verəcək.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.


Mənbə: report.az