Ənənəvi sığorta məhsuluna alternativ təklif edən startap 3 milyon dollar cəlb etdi

  • 30 May, 2019 17:39
Ənənəvi sığorta məhsuluna alternativ təklif edən startap 3 milyon dollar cəlb etdi

Rusiyanın tibbi sığorta sahəsində çalışan “BestDoctor” startapı son investisiya raundu çərçivəsində 3 milyon ABŞ dolları cəlb edib.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, yeni raunda “Target Global” beynəlxalq vençur fondu başçılıq edib.

“BestDoctor” servisi özünü könüllü tibbi sığorta məhsuluna alternativ kimi görür. Əsas məna ondan ibarətdir ki, ondan istifadə edən işə götürənlər yalnız işçilərinin real olaraq yararlandığı tibbi xidmətlərə görə ödəniş edirlər. Belə olan halda orta hesabla 23%-ə kimi qənaət olunur.