Ən yüksək depozit faizləri hansı banklardadır? - SİYAHI

  • 10 May, 2019 08:55
Ən yüksək depozit faizləri hansı banklardadır? - SİYAHI

2019-cu ilin aprel ayında Azərbaycanda fəaliyyət göstərən bəzi banklarda əhalidən cəlb olunan manatla və xarici valyutada olan əmanətlər üzrə faiz dərəcələrinə yenidən baxılıb.

Finans.az"ın araşdırmasına görə, manatla qəbul olunan depozitlərin dərəcələri “Bank of Baku”da - 11,00%-12,00%-dən 9,00%-10,00%-ə, “Muğan Bank”da 12,50%-12,75%-dən 9,50%-9,75%-ə, “Bank Respublika”da 10,00%-10,50%-dən 9,50%-10,00%-ə kimi endirilib. Sonuncu həmdə ABŞ dolları ilə qəbul olunan birillik əmanətlər üzrə dərəcələri 2,25-2,50%-dən 1,90%-2,00%-ə kimi salıb.

Bütövlükdə banklar milli valyutada olan əmanətləri 5,25%-13,00% diapozonunda qəbul edir. Manat üzrə ən yüksək faizləri "NBC Bank", ən aşağı faizləri isə "Ziraat Bank Azərbaycan" təklif edir.

Banklar dollar əmanətlərini 0,10%-3,00%-lə cəlb edirlər. Ən sərfəli faizləri "Amrahbank", "Atabank" , "Bank of Baku", "BTB Bank", "GünayBank", “MuganBank”, "NBC Bank" və "Bank Nikoil" təklif edir.

Avro əmanətləri üzrə ən yüksək faiz dərəcəsi "NBC Bank"da müəyyən olunub.

Məlumatların toplanmasında əsas kriteriya kimi vəsaitlərin 1 il müddətinə qəbul olunması, məbləğə olan minimal tələbin yuxarı həddinin 1 000 manatı aşmaması götürülüb. Bu baxımdan icmala "Premium Bank" (minimum məbləğ 50 000 AZN), "Paşa Bank" (30 000 AZN), və "Melli İran Bankı"nın Bakı fillialı (5 000 AZN) daxil edilməyib. "Pakistan Milli Bankı"nın Bakı filialının depozit qəbul etməsi haqda isə heç bir məlumat yoxdur.

Aşağıdakı cədvəldə Azərbaycanda fəaliyyət göstərən bankların əmanətlər üzrə təklif etdikləri faiz dərəcələri göstərilir:

Ən yüksək depozit faizləri hansı banklardadır? - SİYAHI