Ən ucuz kreditlər bu banklardadır - CƏDVƏL

  • 2 Aprel, 2021 10:05
Ən ucuz kreditlər bu banklardadır - CƏDVƏL

Cari ilin mart ayında Azərbaycanda fəaliyyət göstərən 4 bankda istehlak və biznes kreditləri üzrə təklif edilən faiz dərəcələrinə dəyişiklik edilib, bir bankda isə daxili ipoteka kreditləşməsinə start verilib.

“Finans.az"ın araşdırmasına görə, ötən ay nağd kreditlər üzrə faiz dərəcələri “Azər-Türk Bank”da 16-24 %-dən 15-20 %-ə, “Unibank”da 18 %-dən 16 %-ə, “Yelo Bank”da isə 17 %-dən 15 %-ə salınıb.

“Bank Respulika” mikro kreditlər üzrə faiz dərəcəsini 12 %-dən 11 %-ə endirib.

Hesabat dövründə “Azərbaycan Beynəlxalq Bank” daxili vəsaitlər hesabına ipoteka kreditləşməsinə başlayıb.

Bankların istehlak və biznes kreditləri üzrə təklif etdiyi faizlər barədə ətraflı məlumat aşağıdakı infoqrafikada təqdim olunub:

Ən ucuz kreditlər bu banklardadır - CƏDVƏL

Ən ucuz kreditlər bu banklardadır - CƏDVƏL