Ən aşağı faizlə kredit verən banklar - SİYAHI

  • 1 Noyabr, 2019 10:22
Ən aşağı faizlə kredit verən banklar - SİYAHI

Cari ilin oktyabr ayında Azərbaycanda fəaliyyət göstərən bəzi banklarda istehlak və biznes kreditləri üzrə təklif edilən faiz dərəcələrinə dəyişiklik edilib.

“Finans.azt” xəbər verir ki, ötən ay “BTB Bank”da lombard kreditləri üzrə faiz dərəcəsi 22,8%-dən 24,8%-ə, “Bank of Baku”da 28-30%-dən 30-32%-ə qaldırılıb. Sonuncu həm də hesabat ayında təhsil haqqı kreditləri verməyə başlayıb.

“Expressbank” kiçik və orta sahibkarlıq üçün təklif olunan kreditlər üzrə faiz dərəcəsini 15%-dən 14%-ə salıb.

Hazırda nağd kreditlər üzrə ən aşağı faiz dərəcəsi “Turanbank” və “Xalq Bank”dadır,

Avtomobil kreditləri – “NBC Bank”

Təmir kreditləri – “Bank Nikoil”

Lombard kreditləri – “Amrahbank”

İpoteka kreditləri – “Xalq Bank”

Mikro kreditlər – “Bank Respublika”

Kiçik və orta biznes kreditləri – “AG Bank”, "Xalq Bank"

Daha ətraflı məlumat aşağıdakı infoqrafikalarda verilib:


Mənbə: report.az