Əməliyyatlarının həcminə görə investisiya şirkətlərinin renkinqi

  • 12 İyul, 2018 11:41
Əməliyyatlarının həcminə görə investisiya şirkətlərinin renkinqi

Bakı Fond Birjası (BFB) 2018-ci ilin yanvar-iyun ayları üzrə birja üzvlərinin dövriyyəsi üzrə renkinqini açıqlayıb.

Finans.az "Report"a istinadən xəbər verir ki, Fond Birjasına istinadən xəbər verir ki, renkinqə 3 708 mln. manatlıq göstərici ilə "Paşa Kapital İnvestisiya Şirkəti” başçılıq edir.

Növbəti yerlərdə 2 879 mln. manatla “Unicapital İnvestisiya Şirkəti", 2 589 mln. manatla “İnvest-Az İnvestisiya Şirkəti” QSC, 2 575 mln. manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 822 mln. manatla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC, 323 mln. manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC qərarlaşıb.

İnvestisiya şirkətləriƏməliyyatların həcmi, AZN
1Paşa Kapital3,708,221,060.77
2Unicapital2,878,767,493.78
3İnvest-Az2,589,297,592.91
4AzFinance2,574,781,509.66
5Xalq Kapital822,104,106.34
6PSG Kapital322,783,951.56
7Kapital Menecment-

Qeyd edək ki, "İnvest-Az İnvestisiya Şirkəti" törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir.