“Embafinans” gəlirliliyi 10,5% olan 4000 ədəd istiqraz buraxır

  • 10 Oktyabr, 2018 10:15
“Embafinans” gəlirliliyi 10,5% olan 4000 ədəd istiqraz buraxır

BOKT “Embafinans” MMC 4 mln. manat cəlb edir.

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bank olmayan kredit təşkilatı “Embafinans” MMC-nin faizli, təminnatsız, sənədsiz, adlı istiqrazlarının emissiya prospektini təsdiq edib.

Bu barədə “Finans.az” Palata yanında Məlumatların Elektron Açıqlanması Sisteminə istinadən xəbər verir.

Söhbət hər birinin nominal dəyəri 1000 manat olan 4000 ədəd (4 mln. manatlıq) istiqrazdan gedir. Qiymətli kağızların illik gəlirliliyi 10,5%-dir və hesablanmış faizlər 1 təqvim ayından bir ödənilir.

Xatırladaq ki, “Embafinans” MMC-nin səhmlərinin 60%-i Elşad İnşalla öğlu Abbasova, 40%-i isə Məşhur Şahbaz oğlu Məmmədova məxsusdur.