“Embafinans” 1000 ədəd istiqraz buraxır: 10,5% gəlir gətirəcək

Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “BOKT Embafinans” MMC-nin üçüncü tranş üzrə buraxılan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
"Finans.az" BFB-yə istinadən xəbər verir ki, 29 aprel 2019-ci il tarixində “BOKT Embafinans” MMC-nin 1 mln. AZN həcmində istiqrazlarının ticarəti Bakı Fond Birjasında bir qiymətli hərrac üsulu ilə həyata keçiriləcək. İstiqrazların tədavül müddəti 1 (bir) ildir (365 gün) və illik faiz dərəcəsi 10,5% olmaqla, yerləşdiyi tarixdən etibarən dövri olaraq hər 1 (bir) təqvim ayından bir ödəniləcək.
Yeni tranşla buraxılan istiqrazlar üzrə əlavə məlumatlar aşağıdakı cədvəldə qeyd olunub. Qeyd edək ki, “BOKT Embafinans” MMC-nin birinci tranş üzrə buraxılan qiymətli kağızları 8 oktyabr 2018-ci il tarixində, ikinci tranş üzrə buraxılan qiymətli kağızları 3 dekabr 2018-ci ildə BFB-də ticarətə buraxılıb.
İstiqrazların baza emissiya prospektini Bakı Fond Birjasının internet səhifəsində “Listinqdə olan şirkətlər” bölməsindən əldə etmək mümkündür.
№ | Döv. Qeyd. nömrəsi | Q/k növü və forması | Ticarətə buraxılan qiymətli kağızların sayı | Q/k-ın yerləşdirməyə başlanması və bitməsi tarixləri | Q/k-ın hərrac qiyməti |
1 | AZ2004020601 | Faizli təmin edilməmiş | 1 000 (ədəd) | 29.04.2019 | 1000 AZN |
İstiqrazların yerləşdirməsi üzrə anderrayter “AzFinance İŞ” QSC-dir.