Elektrikli güc mexanizmləri hazırlayan startap “Hyundai” və “KİA”dan 80 milyon avro cəlb etdi

  • 15 May, 2019 10:20
Elektrikli güc mexanizmləri hazırlayan startap “Hyundai” və “KİA”dan 80 milyon avro cəlb etdi

Koreyanın avtomobil konserni “Hyundai Motor Group” Xorvatiyanın “Rimac Automobili” startapı ilə starteji əməkdaşlıq haqqında saziş imzalayıb.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, yeni tərəfdaşlıq çərçivəsində Koreya nəhəngi startapa 64 milyon avro, “KİA Motors” isə 16 milyon avro investisiya edəcək.

Tərəflər “Hyundai Motor N” brendli konseptual idman avtomobilinin tamamilə elektrikli versiyasının iki müxtəlif prototipini yaradacaqlar. Belə ki, perespektivdə həmin prototiplərin seriya modeli kimi bazara çıxarılması nəzərdə tutulur.

“Rimac” 2009-cu ildə yaradılıb və qüvvətli elektrikli güc mexanizmlərinin yaradılması istiqamətində ixtisaslaşıb.