Elektoskuter kirayəsi üzrə startap 275 milyon dollar cəlb etdi

  • 4 Oktyabr, 2019 16:22
Elektoskuter kirayəsi üzrə startap 275 milyon dollar cəlb etdi

Elektrikli skuter kirayəsi üzrə ABŞ mərkəzli "Bird" servisi son investiya raundu çərçivəsində 275 milyon ABŞ dolları cəlb edib.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, vəsatlər "CDPQ" və "Sequoia Capital" şirkətlərindən cəlb edilib. Bu investisiyalardan sonra şirkətin qiymətləndirilməsi 2,8 milyard dollara çatıb. Bötövlükdə isə 2017-ci ildə yarandığı vaxtdan bu yarana startap toplam olaraq 700 milyon dollar cəlb edib.

Şirkətin təsisçisi "Uber" və "Lyft"in keçmiş top-meceri Trevis Vanderzandendir. "Bird" ABŞ-da olan istənilən startapdan daha tez bir vaxtda "təkbuynuz" (dəyəri 1 milyard olan startaplara deyilir) statusu alıb.