Elçin Məmmədov: "Maksimum çalışdıq ki, vergi ödəyiciləri kölgədən çıxsınlar"

  • 15 May, 2019 11:04
Elçin Məmmədov:

"Vergi ödəmək hər bir şəxsin, o cümlədən də futbolçuların borcudur".

"Finans.az" xəbər verir ki, bunu Bakıda AFFA və UEFA-nın təşkilatçılığı ilə keçirilən "Futbol və Biznes" sammitində Vergilər Nazirliyinin nümayəndəsi Elçin Məmmədov deyib.

Onun sözlərinə görə, futbolçularla ikili müqavilə problemi 2019-cu il 1 yanvar tarixindən Vergi Məcəlləsində edilən dəyişiklər sayəsində aradan qalxa bilər: "Maksimum çalışdıq ki, vergi ödəyiciləri kölgədən çıxsınlar. 8 min manata qədər olan maaşlar vergidən azaddır. Bu, görünməyən bir işdir. Bu şərtlər vergi ödəmək istəyən şəxslərin üzə çıxmasına imkan verir. Dövlət sahibkarların sayının artması üçün maksimum təkan verir".


Mənbə: report.az