EIA: Qlobal neft tələbatı azalacaq

  • 13 May, 2020 10:55
EIA: Qlobal neft tələbatı azalacaq

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) 2020-ci ildə gündəlik qlobal neft və maye yanacağa tələbatın orta hesabla 92,6 mln. barel səviyyəsində olacağını proqnozlaşdırır ki, bu da ötən illə müqayisədə 8,1 mln. barel azdır.

"Finans.az" xəbər veri ki, EIA-nın aylıq hesabatına görə, gələn il gündəlik qlobal neft və maye yanacağa tələbat orta hesabla 7 mln. barel artaraq 99,6 mln. barel təşkil edəcək.

Hesabata əsasən, bu ilin I rübündə dünyada gündəlik neft və maye yanacaq istehlakı orta hesabla 94,1 mln. barel təşkil edib ki, bu da illik müqayisədə 5,8 mln. barel azdır.

Qlobal istehlakın azalması yeni növ koronavirusun (COVID-19) yayılması ilə bağlıdünyada iqtisadi aktivliyin və səyahətlərin azalmasının nəticəsidir.


Mənbə: apa.az