EIA Azərbaycanda neft hasilatı proqnozunu artırdı

  • 10 Aprel, 2019 12:12
EIA Azərbaycanda neft hasilatı proqnozunu artırdı

ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları İdarəsi (EIA) 2019-2020-ci illər üzrə Azərbaycanda neft hasilatı proqnozunu 20 min barel/gün artırıb.

"Finans.az" xəbər verir ki, bu barədə EIA-nın aprel ayı üzrə qısamüddətli aylıq hesabatında bildirilir.

Hesabata əsasən, 2019-cu ildə Azərbaycanda gündəlik neft hasilatı 800min barel, 2020-ci ildə isə 780 min barel təşkil edəcək. EIA-nın bu ilin III və IV rübləri üzrə proqnozu gündəlik 800 min barel, gələn ilin I rübü üzrə 790 min barel, II rübü üzrə 780 min barel, III və IV rübləri üzrə isə 770min barel təşkil edib.

Qeyd edək ki, mart ayında dərc olunmuş hesabatda 2019-cu il üzrə gündəlik hasilat proqnozu 780 min barel, 2020-ci il üzrə isə 760 min barel olub. EIA-ın əvvəlki hesabatında bu ilin III rübündə gündəlik hasilat proqnozu 780 min barel, IV rübündə 760 min barel, gələn ilin I və II rüblərində 770 min barel, III rübündə 750 min barel, IV rübündə730 min barel olub.


Mənbə: report.az