Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

  • 16 Mart, 2019 12:17
Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

2019-cu ilin yanvar-fevral aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,7% artaraq 1327,7 milyon manat olub.

“Finans.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 971,8 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 73,2%-ni təşkil edib.

Cari ilin 2 ayında xidmət subyektlərində hər bir ölkə sakini orta hesabla 134,5 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 4,3 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.