Əhali bir ildə dava-dərmana neçə manat xərcləyib?

  • 3 may, 2021 17:40
Əhali bir ildə dava-dərmana neçə manat xərcləyib?

COVID-19 pandemiyasının başladığı 2020-ci ilin mart ayından bu ilin aprelinədək (1 il) Azərbaycan əhalisi ölkənin pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlara 873,7 mln. manat xərcləyib.

"Finans.az"ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, təkcə cari ilin yanvar-mart aylarında istehlakçılar sözügedən məhsullara 216,1 mln. manat xərcləyib ki, bu da illik müqayisədə 49,3% çoxdur.

Qeyd edək ki, təkcə mart ayında satışların həcmi 77,7 mln. manat təşkil edib, bu da fevral ayı ilə müqayisədə 11,5% çoxdur. Sözügedən dövr ərzində (2020-ci ilin mart ayından 2021-ci ilin aprel ayınadək) əczaçılıq məhsullarına xərclərin pik nöqtəsi dekabrda (104,2 mln. manat), ən aşağı səviyyəsi isə 2020-ci ilin mart ayında qeydə alınıb (53,4 mln. manat).

Əhali bir ildə dava-dərmana neçə manat xərcləyib?



Mənbə: apa.az