Əhali 5 ayda dava-dərmana 354 milyon manat xərcləyib

  • 10 iyun, 2021 15:58
Əhali 5 ayda dava-dərmana 354 milyon manat xərcləyib

Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlakçılar tərəfindən pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlara 353,9 mln. manat xərclənib.

"Finans.az"ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 34,4% artıb. Cari ilin may ayında satışların həcmi 70,2 mln. manat təşkil edib ki, bu da aprel ayı ilə müqayisədə 3,9% çoxdur.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,3%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub, bu da aylıq müqayisədə 0,1 faiz bəndi azdır.


Mənbə: apa.az