Alış-verişdə ödədiyimiz pulun bir hissəsi nə vaxtdan geri qaytarılacaq?

  • 27 Dekabr, 2019 15:51
Alış-verişdə ödədiyimiz pulun bir hissəsi nə vaxtdan geri qaytarılacaq?

Kassa çeki və ya pos terminalla alınan mallara görə ƏDV-nin bir hissəsinin istehlakçıya qaytarılması prosesinin həyata keçirilməsi həm vəsait, həm də zaman tələb edir.

"Finans.az" xəbər verir ki, bunu Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. Onun sözlərinə görə, qanunvericiliyin tətbiqi ilə bağlı qaydalar təsdiqlənməlidir:

"Düşünürük ki, qaydalar Nazirlər Kabineti tərəfindən gələn ilin əvvəlində təsdiq olunacaq. Həmçinin, ƏDV-nin bir hissəsinin geri qaytarılması üçün ticarət obyektlərində yeni nəsil kassa aparatlarının quraşdırılması önəmlidir. Nəzarət-kassa aparatları tətbiq olunduqdan sonra ƏDV-nin qaytarılması işi aparılacaq".