ECB-nin prezidenti : "Rəqəmsal avro dövriyyəyə buraxıla bilər"

  • 13 Yanvar, 2021 17:37
ECB-nin prezidenti :

“Kağız pullar mövcudluğunu davam etdirəcək, ancaq sonda yəgin ki, rəqəmsal avroya sahib olacağıq”.

“Finans.az” xəbər verir ki, bunu Avropa Mərkəzi Bankının (ECB) prezidenti Christine Lagarde deyib.

"Rəqəmsal avro"nun yaxın 5 il ərzində dövriyyəyə buraxılacağını gözləyirik, amma rəqəmsal valyuta həmin müddətdə hazır olmaya da bilər", - deyə o, qeyd edib.

"Rəqəmsal avro" tədavülünün "daha sürətli, daha ucuz və daha etibarlı" olacağını vurğulayan ECB prezidenti əlavə edib ki, bu mövzuda konkret addımlar atmaq üçün düşünülüb-razılaşdırılmalı olan bir çox məsələlər var.


Mənbə: report.az