Əbu-Dabidən Bakıya birbaşa aviareys yerinə yetiriləcək

  • 5 iyul, 2021 11:10
Əbu-Dabidən Bakıya birbaşa aviareys yerinə yetiriləcək

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Air Arabia" aviaşirkəti iyulun 15-dən etibarən Əbu-Dabidən Bakıya birbaşa uçuşlara başlayacaq.

"Finans.az"ın verdiyi məlumata görə, reyslər həftənin çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək. Məlumata görə, təyyarə Bakıda saat 16:15-də enəcək, Bakıdan isə Əbu-Dabi istiqamətində saat 19:15-də yola düşəcək.

Xatırladaq ki, hazırda Bakıdan BƏƏ-nin Dubay şəhərinə birbaşa aviareyslər üzrə uçuşlar yerinə yetirilir.


Mənbə: apa.az