EBRD 4 sahə üzrə Azərbaycana investisiya yatıra bilər

  • 3 Mart, 2020 17:04
EBRD 4 sahə üzrə Azərbaycana investisiya yatıra bilər

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda bir sıra sahələrə investisiya yatıra bilər.

“Finans.az” xəbər verir ki, bu məsələ bu gün Azərbaycan Prezidenti İlham Əliyevin EBRD-nin birinci vitse-prezidenti Yurgen Riqterinkin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən müzakirə olunub.

Müzakirələr zamanı bərpa olunan enerji, nəqliyyat, özəl sektorun inkişafı, meliorasiya və su təchizatı və digər sahələrdə əməkdaşlığın konkret istiqamətləri ilə bağlı müzakirələrin aparılmasının zəruriliyi qeyd edilib.

Görüşdə Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın genişləndirilməsi və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


Mənbə: report.az