“Əbədi” batareyası olan yeni simsiz “JBL” qulaqlıqlar satışa çıxarılıb

  • 17 Dekabr, 2019 17:47
“Əbədi” batareyası olan yeni simsiz “JBL” qulaqlıqlar satışa çıxarılıb

Simsiz və enerji toplamağa ehtiyacı olmayan yeni model “JBL” qulaqlıqlar satışa çıxarılıb.

"Finans.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, “Reflect Eternal” adlanan “bluetooth” qulaqlığının xüsusiyyəti təkcə simsiz deyil, həm də heç bir enerji toplamağa ehtiyac olmadan istifadə imkanıdır.

Müasir simsiz qulaqlıqların çatışmazlıqlarından biri də dövri şarj ehtiyacıdır. Bəzi modellər ənənəvi simli əlaqəni də dəstəkləyir, lakin “JBL” tərtibatçıları belə hibridlərə daha orijinal alternativ yaradıblar. Quraşdırılmış günəş paneli bu qulaqlıqları gün boyu, hətta süni işıqlandırma şəraitində doldurmağa imkan verir. Yarım saatlıq doldurma 68 saat musiqi dinləmək üçün kifayətdir və gündə 2.5 saat açıq havada keçirmək enerji problemini tam həll etməyə şərait yaradır.

Qulaqlığın qiymətinin 99 dollar olacağı deyilir.

Coşqun Əli