Dünyanın ən yüngül noutbuku

  • 6 Oktyabr, 2018 13:27
Dünyanın ən yüngül noutbuku

"Acer” şirkəti “Swift 5” adlı çox yığcam noutbukun yeni nəslini təqdim edib.

"Finans.az" xəbər verir ki, “SF515-51T” modeli dünyada ən yüngül 15 düymlük noutbuk kimi elan olunub. Bu noutbukun çəkisi 990 qram təşkil edir. Noutbuk səkkizinci nəsil “Intel Core i7” prosessoru, “Full HD” (1920x1080 piksel) təsvir ölçülü 15,6 düymlük sensor IPS displey, 16 giqabaytadək daxili yaddaşı və 1 terabayt sərtgövdəli daşıyıcı ilə təchiz olunub. Displeyin ətrafındakı çərçivənin qalınlığı 5,87 millimetr təşkil edir.

Qeyd edək ki, “Wi-Fi” (802.11ac), “Bluetooth 5.0”, 2 ədəd “USB Type-A”, bir ədəd “USB Type-C” portları, “HDMI” və qulaqlar üçün konnektor mövcuddur.