Dünyanın ən yaxşı baş bankirləri seçildi - Elman Rüstəmov neçəncidir?

  • 14 Avqust, 2019 10:39
Dünyanın ən yaxşı baş bankirləri seçildi - Elman Rüstəmov neçəncidir?

Bolqarıstan Milli Bankının rəhbəri Dimitar Radev və Gürcüstan Milli Bankının rəhbəri Koba Gvenetadze yenidən dünyanın ən yaxşı baş bankirləri seçilib.

"Finans.az" xəbər verir ki, bu barədə "Global Finance" nəşrinin 2019-cu il üzrə "Mərkəzi Bank sədrləri" hesabatında qeyd olunub.

Belə ki, "A"-dan "F"-ə qədər dərəcələrlə qiymətləndirilən 94 ölkənin baş bankirləri arasında 9-u inkişaf etməkdə olan Avropa ölkələrindən olub. D. Radev və K. Gvenetadze ötən ilki kimi "A-" dərəcəsi ilə qiymətləndirilib. Belarusun baş bankiri Pavel Kallaur ve Çexiya baş bankiri Jiri Rusnok “B”-dən “B+”-a qədər yüksəlib.

Azərbaycan Mərkəzi bankının sədri Elman Rüstəmov ötən ildə olduğu kimi "B" dərəcəsi ilə qiymətləndirilib.

Qeyd edək ki, qiymətləndirmə inflyasiyaya nəzarət, iqtisadi artım hədəfləri, valyutanın sabitliyi və faiz dərəcəsi idarəetməsi kimi sahələr üzrə əldə olunan uğurlar əsasında aparılıb.